Bakıda təşkil olunan hərbçilər arasında dünya çempionatında Mali yığmasının darmadağın edən (4:0) Azərbaycan millisinin baş məşqçisi Nazim Süleymanov bu oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Etiraf edim ki, mən belə hesabla qalib gələcəyimizi gözləmirdim. Çünki Mali elə də zəif komanda deyildi. Ola bilər afrikalılar texniki cəhətdən zəifdilər, amma fiziki planda bizdən güclüydülər. Oyunun bəzi anlarında üstünlük məhz rəqibdə olurdu. Amma onlar ələ düşən qol vəziyyətlərini boşa verdilər, biz isə maksimum yararlandıq. Qələbəyə görə uşaqlara minnətdaram. Lakin onlar başa düşməlidilər ki, bu, hələ başlanğıcdı”.
Baş məşqçi daha sonra bunları qeyd edib: “Bu, dünya çempionatıdı və futbolçularımızın məsuliyyəti dərk etməsi vacibdi. Azərbaycanın dünya çempionatına bir də nə vaxt düşəcəyini heç birimiz bilmirik. İndi isə belə bir şans yaranıb, DÇ Azərbaycanda keçirilir, 15 ölkənin yığması Bakıya gəlib. 4:0 hesablı qələbə bütün problemləri həll etmir. Məsələn, bu gün səhər yağışın altında, bir nazik formayla məşq etməli olduq. Heç zəruri futbol ləvazimatları da yox idi”.
Nazim Süleymanov sonda avrokuboklardakı bütün klublarımıza uğurlar arzuladığını da bildirdi.
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol