"Qəbələ"nin 11 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan təlim-məşq toplanışını yekunlaşdırıb. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirib.
İlk görüşdə "Minsk-2014" kollektivinə 3:0 hesabilə qalib gələn "Qəbələ" ikinci oyunda BATE-yə məğlub olub - 2:3. Təmsilçimizin heyətində Xəyal Səmədov dubla imza atıb.
Son matçda "qırmızı-qaralar" "Fortuna" ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibə heç bir şans verməyən "Qəbələ" 4:0 hesabilə qalib gəlib. Bölgə klubuna qələbə qazandıran qollar Kənan Qaragözov (2) və Rəşad Əmrahovun (2) aktivinə yazılıb.
"Qəbələ" sabah vətənə dönəcək.
Fanat.az