"Qəbələ"nin yeni transferi Andrey Kristea açıqlama verib. Fanat.az xəbər verir ki, ikiqat Rumıniya çempionu, Liqa 1-in bombardiri olmuş 30 yaşlı yarımmüdafiəçi ölkəmizə gəlişindən danışıb:
"Bu mənim üçün yeni macəra və yeni başlanğıcdı. Ümid edirəm ki, Azərbaycanda uğur qazanacam. Almaniyada legioner həyatı yaşamışam. Azərbaycan isə mənim üçün yeni ölkədi. Ona görə də bu ölkəyə uğur qazanmaq və özümüzü sübut etmək üçün gedirəm. Avropa Liqasında komandamıza kömək etməliyəm. Baş məşqçi Dorinel Muntyanu məni yaxşı tanıyır. Onunla birlikdə komandamız üçün çox şey edəcəyimizə inanıram!
Fanat.az