Avstriyada yay-təlim məşq toplanışını davam etdirən “Neftçi” bu gün hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama oyununa çıxır. Azerisport.az xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev yetirmələrini bu dəfə “Energie Cottbus” klubu ilə görüşdə sınayıb.
Qeyd edək ki, “Energie Cottbus” Almaniya klubudu. Sözügedən komanda bu ölkənin ikinci Bundesliqasında çıxış edir.
Maraq üçün xatırladaq ki, “Neftçi” bundan öncə Rusiyanın “Volqa” klubu ilə qarşılaşmada 0:1 hesabıyla məğlub olmuş, Almaniya “Wacker Burghausen”ini isə darmadağın etmişdi – 3:0.
Yoxlama oyunu
3 iyul
Neftçi – Energie Cottbus
İdman24.az