"Qəbələ" baxışa yeni futbolçu dəvət edib. Fanat.az xəbər verir ki, baş məşqçi Dorinel Muntyanu Ramil Həsənovu sınaqdan keçirir.
Futbolçu Ukraynanın "Tavriya" klubundan gəlib. O, Simferopol klubunun U-19 komandasında çıxış edir. Raillə bağlı qərar yaxın günlərdə veriləcək.
Qeyd edək ki, 15 fevral 1996-cı ildə dünyaya gələn Ramil Ukrayna vətəndaşıdı. 18 yaşlı hücumçu ötən mövsüm Ukraynanın U-19 çempionatında 22 oyun keçirib və 4 qol vurub.
Fanat.az