"Qəbələ" ilə müqaviləm yarım illik idi. Anlaşmanın müddəti bitmək üzrə olarkən "Jetısu" rəsmiləri tez-tez mənimlə əlaqə saxlayaraq, geri qayıtmağımı təklif edirdilər. Bu üzdən də təklifi qəbul etməyə qərar verdim". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"dən ayrılan Davron Erqaşev deyib.
Qazaxıstanın "Jetısu" klubu ilə müqavilə bağlayan tacik futbolçu yerli mətbuatı müsahibə verib. Davron Azərbaycan çempionatı barədə fikirlərini bildirib: "Azərbaycanda yaxşı çempionat var. Azərbaycan və Qazaxıstan futbolu arasındakı fərq yalnız ondan ibarətdi ki, burada əsas güc futboluna üstünlük verilir, hər oyunda çoxlu mübarizə var. Amma Azərbaycanda texnikalı futbola üstünlük verirlər. Belə demək mümkünsə, Qaxaxıstanda İngiltərə, Azərbaycanda İspaniya futbolu oynanılır".
Fanat.az