Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçlarının başlama vaxtı açıqlanıb. Fanat.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İyulun 10-da baş tutacaq cavab qarşılaşmaları çərçivəsində təmsilçilərimizdən "İnter" ilk olaraq meydana çıxacaq. "Bankirlər"in Moldovanın "Tiraspol" klubu ilə "Şəfa" stadionundakı qarşılaşması saat 21.00-da başlayacaq.
"Qəbələ"nin "Şiroki Briyeq"lə səfər matçı isə Bakı vaxtı ilə saat 23.45-də start götürəcək. Oyun Şiroki Briyeqdəki "Petsara" stadionunda keçiriləcək.
Qeyd edək ki, ilk matçlar iyulun 3-də keçiriləcək. "Qəbələ" - "Şiroki Briyeq" matçı saat 20.00-da, "Tiraspol" - "İnter" görüşü 22.00-da başlayacaq.
Fanat.az