İngiltərə millisinin sabiq kapitanı və "Qəbələ"nin keçmiş baş məşqçisi Toni Adams Britaniyanın "Daily Mail" qəzetinə müsahibə verib. Fanat.az xəbər verir ki, ingilis mütəxəssis Azərbaycanın istirahət üçün ən sevimli məkan olduğunu bildirib:
"Azərbaycan istirahətim üçün ən sevimli məkandır. Orada 4 il çalışmışam. Bu ölkəni təsvir etmək çətindi. Azərbaycanda Dubay, Moskva və İstanbul şəhərlərinin müəyyən elementləri var".
Qeyd edək ki, Toni Adams hazırda "Qəbələ" klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində çalışır.
Fanat.az