İdman24.az-ın məlumatına görə, Runi mayın 21-də ikinci oğlunun dünyaya gəldiyini deyib. Futbolçu yeni doğulmuş körpəyə Kley adını verib.
"Bizim gözəl oğlumuz Kley Entoni Runi səhər dünyaya gəlib. Kley və Kolin özlərini yaxşı hiss edirlər. Biz xoşbəxtik" deyə futbolçu özünün Tvitter səhifəsində yazıb.
Qeyd edək ki, Runi həyat yoldaşı hamilə olduğu üçün "Mançester Yunayted"in "Vest Bromviç"lə keçirdiyi görüşü buraxmalı olmuşdu.
İdman24.az