Bu gün Peşəkar Futbol Liqasının (PFL) yaranma günüdü. Fanat.az xəbər verir ki, 2008-ci ildə fəaliyyətə başlayan futbol qurumu 6 yaşını qeyd edir.
PFL yarandığı gündən Premyer Liqa, əvəzedicilərin çempionatı, I divizion və Azərbaycan Kuboku yarışlarını təşkil edir. Qurum ötən il uzun fasilədən sonra Azərbaycan Superkubokunu bərpa edib.
PFL-in fəaliyyətə başlamısından sonra Premyer Liqanın səviyyəsi, təşkilatçılığı nəzərə çarpacaq dərəcədə artıb. Bunun nəticəsidi ki, çempionatımız həm UEFA, həm də digər beynəlxalq qurumların reytinq siyahısında daha yüksək yerlərə qalxıb. Çempionatın səviyyəsi artdıqca klublarımız da avrokuboklarda əvvəlkinə nisbətən uğurlu çıxış etməyə başlayıb. "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması, "Qarabağ"ın turnirin play-off mərhələsində oynaması buna misaldı.
Fanat.az-ın kollektivi PFL-in kollektivini təbrik edir və daha böyük uğurlar arzulayır.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol