Futzal üzrə UEFA Kubokunun ilk iki mərhələsinin püşkü açıtıb. Fanat.az xəbər verir ki, "Araz Naxçıvan"ın azad olduğu mərhələlərdə İngiltərənin "Baku United" klubu mübarizə aparacaq.
Bakının adını daşıyan komanda mübarizəyə təsnifat mərhələsindən başlayacaq. B qrupunda çıxış edəcək "Baku United" Bosniya və Hersoqovinanın "Sentar", İsveçin "Malmö" və Cəbəllütarikin "Skorpions" klubları ilə qarşılaşacaq.
İngiltərə çempionu mərhələ adlasa 5-ci qrupda mübarizə aparacaq. Bu qrupda "Baku United"lə yanaşı, Serbiyanın "Ekonomaç", İtaliyanın "Luparense" və Yunanıstanın "Afina 90" klubları yer alıb.
Qeyd edək ki, "Araz Naxçıvan" (Azərbaycan), "Barselona" (İspaniya), "Kayrat" (Qazaxıstan) və "Sportinq" (Portuqaliya) mübarizəyə elit-raunddan başlayacaq.
Təsnifat mərhələsi (26-31 avqust)
A: “Hovokubo” (Hollandiya), “Eden Futzal” (İralandiya)*, “İstanbul Universitesi” (Türkiyə), “Rekshem” (Uels)
B: “Baku Yunayted” (İngiltərə), “Sarajevo” (Bosniya və Hersoqovina)*, “Malmö” (İsveç), “Skorpions” (Cəbəllütariq)
C: “İlves” (Finlandiya), “Rekord” (Polşa)*, “Pert Saltires” (Şotlandiya), “Lokomotivas” (Litva)
D: APOEL (Kipr)*, “Ştutqart” (Almaniya), “Anji” (Estoniya), “Flyamurtari” (Albaniya)
E: “Stolitsa” (Belarus), “Encamp” (Andorra), “Şvats” (Avstriya)*, “Talqriq” (Ermənistan)
F: “Alumnus” (Xirvatiya)*, “Kopenhagen” (Danimarka), “Baltsan” (Malta)
G: “Jelezareç” (Makedoniya), “Asa Ben Qurion” (İsrail), “Aqama” (Monteneqro)*
H: “Qrand Pro” (Bolqarıstan)*, “Bulle” (İsveçrə), “Proqress” (Moldova)
Əsas mərhələ (30 sentyabr–5 oktyabr)
1: “Xrudim” (Çexiya)*, “Sportinq” (Fransa), E və G qruplarının qalibləri
2: “İberiya” (Gürcüstan), “Nikars” (Latviya)*, C və H qruplarının qalibləri
3: “Dina” (Rusiya)*, “Lokomotiv” (Ukrayna), “Deva” (Rumıniya), F qrupunun qalibi
4: “İnter” (İspaniya), “Şarlerua” (Belçika), “Kobarid” (Sloveniya)*, A qrupunun qalibi
5: “Ekonomak” (Serbiya)*, “Luparense” (İtaliya), “Atina-90” (Yunanıstan), B qrupunun qalibi
6: “Slov-Matik” (Slovakiya), “Berettjujfalu” (Macarıstan)*, “Veqakameraten” (Norveç), D qrupunun qalibi
Qeyd: “*” işarəsi meydan sahiblərini göstərir.
Fanat.az