"Oyunumuz alınmadı. Bütün məsuliyyət mənim üzərimdədi. İstər stadiona gələn, istərsə də oyunu televiziya vasitəsilə izləyən bütün azarkeşlər qarşısında üzr istəyirəm. Rəqibimizin bizdən fərqli formalaşmış heyəti var. Qarşıda cavab oyunu var, çalışacağıq ki, həmin oyunda möcüzəyə nail olaq. Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar, özlərini göstərmək arzuları vardı". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu deyib.
"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsində Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubuqa 0:2 hesabı ilə uduzub. Rumın mütəxəssis məsuliyyəti üzərinə götürüb: "İndi hazırlıq dövründəyik. İlk növbədə onu demək istəyirəm ki, bu nəticəyə görə cavabdeh mənəm. Bizim cəmi iki həftə hazırlıq vaxtımız var idi. Gördüyünüz kimi, birinci hissədə bərabər mübarizə gedirdi. Amma ikinci hissədə fiziki cəhətdən hazır olmadığımız üzə çıxdı. Eyni zamanda ehtiyat oyunçular skamyamız qısadı".
Muntyanu yeni futbolçulara ehtiyaclarının olduğunu bildirib: "Heyətlə bağlı vəziyyəti rəhbərliklə müzakirə etmişik. Hələ az oyunçumuz var. Belə bir məğlubiyyətdən sonra kimlərin lazım olub-olmadığını deyə bilmərəm".
Fanat.az