"Qələbə üçün əlimizdən gələni etdik. Amma hesabın belə olacağını gözləmirdik. Müdafiə və yarımmüdafiə xəttində buraxılan səhvlərin nəticəsi hesabda öz əksini tapdı". Fanat.az xəbər verir ki, bu sözləri "Şiroki Briyeq"lə oyundan sonra "Qəbələ"nin futbolçusu Ruslan Abışov deyib.
Futbolçu cavab matçında şanslarının böyük olmadığını bildirib: "Cavab matçına ümidimiz böyük deyil. Şansımız az olsa da, nə isə etmək olar. “İnter”də oynadığım vaxt Polşa “Lex”inə Bakıda 0:1 hesabı ilə uduzsaq da, səfərdə həmin hesabla üstələdik. Amma 2:0 ilə 1:0 arasında böyük fərq var".
Fanat.az