Ölkəmizi Avroliqada təmsil edən “Xəzər Lənkəran” bir günlük istirahətdən sonra yenidən Maltada hazırlıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, Malta adasında qalan cənubluların yerli çempion “Birkirkara” ilə yoxlama oyununun başlanma saatı açıqlanıb.
Belə ki, baş məşqçi Pol Zammit “Xəzər Lənkəran”la yoxlama oyunu keçirməyə artıq razılıq verib. Ancaq oyunun iyulun 7-də yox, 6-da baş tutacağı açıqlanıb. Matç “Sirens” stadionunda yerli vaxtla saat 19:00-da – Bakı vaxtilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, “Sirens” stadionu Maltanın eyniadlı 3-cü divizion komandasına məxsusdur. Bu arenanın da örtüyü 2011-ci ildən sünidir. Buna qədər isə arena qumlu olub.
İdman24.az