«Neftçi» ilə oyunda futbolçularımdan tam razı qaldım. Onlar yaxşı mübarizə apardılar». Fanat.az xəbər verir ki, bu sözləri Almaniyanın «Energi Kottbus»» klubunun baş məşqçisi Rudi Bommer deyib.
Baş məşqçi Avstriya toplanışı zamanı Azərbaycan çempionu «Neftçi» üzərindəki yoxlama oyunundakı 2:0 hesablı qələbədən məmnun qalıb: «Yetirmələrim bir anlıq da olsun oyundan qopmurdular. Lakin ilk hissədə istədiyimiz oyunu görə bilmədim. Futbolçularımız bir az həyəcanlı idi. Bu üzdən qol vurmaqda çətinlik çəkirdik. Toplanışı qələbə ilə başladığımız üçün də çox şadam».
İdman24.az