Cavid Hüseynovu heyətinə qatan "Qəbələ" daha bir futbolçu transfer edib. Fanat.az xəbər verir ki, bölgə klubu slovakiyalı müdafiəçi Pavol Farkaşla birillik müqavilə imzalayıb. Farkaş "Qəbələ"də 26 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Pavol Farkaş İtaliyanın "Kyevo" klubuna məxsusdu. O, 2012/13 mövsümündə A Seriyası klubunun heyətində 5 oyun keçirib və 308 dəqiqə oynayıb. Slovakiyalı müdafiəçi 2013/14 mövsümündə icarə əsasında B Seriyası klubu "Ternana"da forma geyinib - 29 oyun, 2470 dəqiqə, 2 qol. Farkaş əvvəllər Slovakiyanın "Nitra", "Petrjalka" və Rumıniyanın "Vasluy" klublarında oynayıb. 29 yaşlı futbolçu milli komandada 2 oyun keçirib.
Fanat.az