"Qəbələ" mənim üçün yeni təcrübədi. Bir neçə təklif almışdım. Amma burdakı layihə daha maraqlı gəldi". Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu deyib.
Rumın mütəxəssis Rumıniya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında "Qəbələ"nin inkişaf etmək istəyən klub olduğunu bildirib: "Qəbələ" iddialı klubdu. Burada müasir və qüsursuz iş təşkilatçılığı gördüm, kluba yaxşı investisiya yatırıblar. Burdakı insanlar inkişaf etmək istəyirlər və artıq bu inkişaf yolunda özül qoyulub. İndi bu yolu uğurla keçib nəticəni görmək lazımdı".
Muntyanu dünya çempionatı barədə də danışıb: "Uzun müddət Almaniyada oynadığımı nəzərə alsaq, mənim bu ölkənin yığmasına məlum simpatiyam var. İstərdim ki, məhz Almaniya dünya çempionu olsun. Məncə, mundialın finalında Cənubi Amerika və Avropa təmsilçisi üz-üzə gələcək".
Fanat.az