“Neftçi” PFK-nın 1999-cu və 2000-ci il təvəllüdlü futbolçulardan ibarət komandaları Gürcüstanın Acariya şəhərində təlim-məşq toplanışında olublar. Yeniyetmələr hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama oyunu keçiriblər. Məşqçi Ramil Həbibovun rəhbərlik etdiyi U-14 komanda Batumi “Dinamo”sunu 3:2 hesabı ilə məğlub etsə də, 16 yaşlı futbolçulardan ibarət “Acariya Regional”a uduzub – 2:4.
Məşqçi Eldəniz Məmmədovun yetirmələri isə üç yoxlama oyununda qüvvəsini sınayıb. “Acariya Regional” (3:0) və “Kutaisi” (3:1) klublarını məğlub edən 2000-ci il təvəllüdlü futbolçular Batumi “Dinamo”su ilə heç-heçə oynayıb (1:1).
İdman24.az