Sabah Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Şiroki Briyeq"lə qarşılaşacaq "Qəbələ" dünən Bosniya və Herseqovinanın Mostar şəhərində ilk məşqinə çıxıb. Fanat.az xəbər verir ki, baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında baş tutan hazırlıq prosesi rəqibin Mostardakı bazasında reallaşıb.
Məşq zamanı komanda toplu və topsuz çalışmalar yerinə yetirib. "Qəbələ"nin matçöncəsi son məşqi bu gün axşam saatlarında gerçəkləşəcək.
Fanat.az