Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah "Qəbələ"ni qəbul edəcək Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubunun baş məşqçisi Slaven Musa mətbuat konfransı keçirib. Fanat.az xəbəp verir ki, 43 yaşlı mütəxəssis cavab oyununda da qələbə qazanmaq istədiklərini bildirib:
"Biz sabah yalnız mərhələ keçmək yox, qələbə də qazanmaq istəyirik. Ancaq tələsməyək. Komandamın "Qəbələ" ilə müqayisədə Avropa təcrübəsi daha çoxdu. Bu meydanda da görünür. Komandalar arasında fərq var. Azərbaycanda baş tutan ilk görüşdə bu fərqi gördük. Azərbaycandakı 2 cavabsız qolla qalib gəldiyimiz oyunda biz hər iki komanda arasındakı fərqləri də analiz etdik. Nəticə əldə etmək və növbəti mərhələyə adlamaq üçün sabahkı oyuna maksimum köklənməliyik".
Qeyd edək ki, komandalar arasında Qəbələdə baş tutan ilk oyunda "Şiroki Briyeq" qələbə qazanıb - 2:0.
Fanat.az