"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununa çıxıb. Fanat.az xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı "Şiroki Briyeq"in qonağı olub.
Ev oyununda 0:2 hesabı ilə yenilən "Qəbələ"nin mərhələ adlamaq şansı az olsa da, komanda Bosniya və Hersoqovina səfərinə ümidli çıxmışdı. Amma "Şiroki Briyeq" sürprizə imkan verməyərək, 3:0 hesablı qələbə qazanıb. Hesabı 17-ci dəqiqədə Qoran Zakariç açıb. 12 dəqiqə sonra Mirko Mariç fərqlənib. 56-cı dəqiqədə dublunu rəsmiləşdirən Mariç matçın yekun hesabını müəyyənləşdirib. İki oyunun nəticəsində 0:5 hesabı ilə yenilən "Qəbələ"nin ilk avrokubok macərası uğursuz bitib.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
10 iyul
Şiroki Briyeq (Bosniya və Herseqovina) - Qəbələ (Azərbaycan) 3:0
Qollar: Qoran Zakariç, 17. Mirko Mariç, 29; 56.
Şiroki Briyeq: 23. Antonio Soldo, 6. Yosip Barişiç, 7. Dino Coriç (18. Zvonimir Kozuly, 78), 8. Mate Pehar (10. Yure İvankoviç, 60), 9. Mirko Mariç, 11. Qoran Zakariç, 14. Davor Landeka, 15. Vaqner, 19. İvan Peko (16. Yosip Corluka, 34), 21. Slavko Brekalo, 27. Neven Lastro.
Ehtiyat oyunçular: 12. Luka Bilobrk, 4. Daniel Kozul, 17. Vlado Zadro, 28. Filip Mihalyeviç.
Baş məşqçi: Slaven Musa.
Qəbələ: 1. Kamran Ağayev, 6. Vladimir Levin (5. Sadiq Quliyev, 83), 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 11. Andrey Kristea (4. Elvin Camalov, 65), 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə (7. Ruslan Əmircanov, 46), 25. Adrian Ropotan, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Kristian Pulhak, 3. Şirməmməd Məmmədov, 36. Elnur Allahverdiyev.
Baş məşqçi: Dorinel Muntyanu.
Sarı vərəqələr: Mate Pehar, 21 - Adrian Ropotan, 10. Ürfan Abbasov, 45. Vladimir Levin, 55.
Hakimlər: Vladimir Vnuk, Miroslav Benko, Miçal Tomçik, Boris Marhefka (Slovakiya).
Şiroki Briyeq. “Petsara” stadionu.
Fanat.az