Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri - Onur Quluzadə ilə Yağmur Məmmədli növbəti təlim-məşq toplanışlarına qatılacaqlar.
Fanat.Az xəbər verir ki, seçmə komandamızın üzvləri bu məqsədlə əvvəlcə Çin Xalq Respublikasına yollanıblar.
Onlar avqustun 12-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərinin stolüstü tennis mərkəzində toplanışda olacaqlar. Quluzadə ilə Məmmədli ardınca qitənin ən istedadlı stolüstü tennisçiləri üçün Strasburqda təşkil ediləcək “Eurotalents” təlim-məşqlərinə qatılacaqlar.
Qeyd edək ki, bu toplanışlar 2011-ci il təvəllüdlü və daha kiçik yaşlıların avqustun 23-dən 25-dək Fransanın Şiltiqheym şəhərində keçiriləcək “Euro Mini Champs” yarışına hazırlıq məqsədi daşıyır.