"Qəbələ"dən ayrılan Nikola Valentiçin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Serbiyanın "Yaqodina" klubuna qayıdıb.
Valentiç 2012/13 mövüsümünün ilk dövrəsini bu klubda keçirib - 10 oyun, 842 dəqiqə. "Yaqodina"dan "Qəbələ"yə keçən serb müdafiəçi ölkəmizdə 27 oyuna çıxıb və 1930 dəqiqə oynayıb.
Fanat.az