Peşəkar Futbol Liqası Premyer Liqanın qaliblərinə mükafat verməyəcək. Fanat.az xəbər verir ki, bu barədə qurumun prezidenti Ramin Musayev məlumat verib.
Prezident bildirib ki, bundan sonra Premyer Liqanın medalçılarına mükafat verilməyəcək: "Əsasnamədə dəyişiklik etdik. Klublara mükafat verməyi dayandırdıq. Onsuz da gəlib mükafatlarını götürmürdülər".
Fanat.az