"Azərreyl" klubunun qadınlardan ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi olub.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi həlledici matçda Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə qarşılaşıb.
İki oyundan birində “Azərreyl" (2:1) digərində isə rəqib (0:2) qalib gəlib. Ardınca baş tutan qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün olan təmsilçimiz çempionluğu bayram edib.