İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske Madridin "Real" klubuna yeni transfer olunan İsko haqqında danışıb.
Qol.Az-ın məlumatına görə, "Nacional de Espana" radisona açıqlamasında təcrübəli mütəxəssis İspaniyanın U-21 yığmasında da forma geyən futbolçu haqqında müsbət fikirlər səsləndirib:
"İsko İspaniya milli komandasının gələcəyidir. İndidən ümidlərimizi ona bağlamışıq" - deyə Boske bildirib.
Qeyd edək ki, yarımüdafiəçi indiyə kimi U-21 yığmasında forma geydiyi 16 matçda 9 qol vurub.
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol