Torremolinosda (Malaqa) keçirilən triatlon üzrə dünya çempionatı faciə ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, iki iştirakçı dünyasını dəyişib.
Bu barədə Ümumdünya Triatlon təşkilatı öz saytında məlumat verib.
Bildirilib ki, ölənlərdən biri Meksikadan, digəri isə Böyük Britaniyadandır. 57 yaşlı britaniyalı triatlonçu qaçış zamanı qəfildən yıxılıb və onun infarktdan dünyasını dəyişdiyi məlum olub. Meksikalı idmançı isə üzərkən dünyasını dəyişib.
Dünya Triatlon təşkilatı ölən triatlonçuların ailələrinə başsağlığı verib və lazımi yardımı göstərmək üçün onların federasiyaları ilə əlaqə saxlayır.
Mirağa