Azərbaycan Gənclər və İdman Nazirliyinin “Real Madrid” Fondu ilə birgə (“Fundación Real Madrid”) həyata keçirdiyi “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” üzrə sosial layihəsinin həyata keçirilməyi yönündə işlər davam edir. Apasport.az saytının məlumatına görə, ispaniyalıların texniki komandası Bakıya səfər edib.
Belə ki, 13 ispan məşqçi “onlar oynayır, biz yetişdiririk” mövzusunda kurslarda tədris işləri görür. Onlardan 6-sı ilk mərhələdə layihənin əsas məqsədi olan fondun sosial idman modeli əsasında sentyabrda Bakıda açılacaq ilk sosial futbol məktəbinin yaradılmasına öz töhfəsini verəcək. Təlimlər “Vətən” Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında həyata keçirilir. Məktəbdə 8-17 yaşlı 100-dən artıq uşağın təhsil almağı planlaşdırılır.
İdman24.az