Avroliqanın I təsnifat mərhələsində “Slima” ilə 1:1 hesablı bərabərlikdən sonra Maltada qalan və bu ölkədə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” növbəti yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Almaniya toplanışında “İnqolştadt 04”ün ikinci komandası (6:1) ilə qarşılaşan cənublular bu dəfə Malta çempionu “Birkirkara” ilə qüvvəsini sınayacaq.
Matç “Sirens” stadionunda yerli vaxtla saat 19:00-da – Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu arena Maltanın eyniadlı 3-cü divizion komandasına məxsusdur. Stadionun örtüyü 2011-ci ildən sünidir. Buna qədər isə arena qumlu olub.
Qeyd edək ki, “Xəzər Lənkəran” - “Slima” matçı iyulun 11-də Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək. Saat 20:00-da start veriləcək qarşılaşmanı belçikalı FİFA referisi Vim Smet idarə edəcək.
Yoxlama oyunu
6 iyul
22:00. “Birkirkara” (MALTA) - “Xəzər Lənkəran” (AZƏRBAYCAN)
İdman24.az