İsveçrəli snoubordçu Sofi Hediqer qar uçqununda həlak olub.
Fanat.Az xəbər verir ki, məlumatı İsveçrə Xizək Federasiyasının mətbuat xidməti yayıb.
Faciəvi hadisə dekabrın 23-də İsveçrənin Aroza şəhərində qeydə alınıb.
Qeyd edək ki, 26 yaşlı idmançı 2008-ci il Pekin Olimpiadasında iştirak edib və 2023-cü il Qış Universiadasında snoubord kross növündə qızıl medal qazanıb.