15:18 09.01.2025 177

Milli Olimpiya Komitəsində əməkdaşlıq memorandumu imzalandı

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə Azərbaycan Kino Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Fanat.Az xəbər verir ki, Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən imzalanma mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, mətbut katibi Murad Fərzəliyev, Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov, Audiovizual sənayenin təhlili və strateji inkişafı şöbəsinin müdiri Rüfət Qarazadə, Azərbaycan Kinematoqrafçıları İttifaqı idarə heyətinin üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov iştirak ediblər.

Əməkdaşlıq memorandumu Milli Olimpiya Komitəsi ilə Azərbaycan Kino Agentliyi arasında ölkə idmanı və idman nailiyyətlərinin kino vasitəsi ilə birgə təbliğini nəzərdə tutur.

Memorandumun imzalanmasının əsas məqsədi Azərbaycan kinosunda idman və olimpizm mövzusunda bədii, sənədli filmlərin ssenarilərin yazılması, qısa və tammetrajlı filmlərin çəkilməsi təşəbbüslərini dəstəkləmək, inkişaf etdirmək, beynəlxalq idman filmləri festivalının daimi keçirilməsi, Azərbaycanın müxtəlif bölgələrində və azad olunmuş ərazilərdə yaşayan vətəndaşlara idman filmlərini, sağlam həyat tərzini, olimpizm prisiplərini təbliğ etmək, müzakirələr və görüşlər təşkil etmək vəzifələrini özündə birləşdirir.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idman filmlərinin ölkəmizdə maraqla qarşılandığını söyləyib:

“Biz bu işə Milli Olimpiya Komitəsi olaraq çoxdan başlamışıq. Olimpiya çempionlarımız haqqında bir sıra filmlər çəkilib, paytaxda və bölgələrdə nümayiş olunub. İşğaldan azad olunmuş ərazilərdə Olimpiya çempionları ilə birlikdə belə filmləri nümayiş etdirmək builki planımıza daxildir. Çalışmalıyıq ki, çempionlarımızı gənc nəsilə tanıdaq. Film sahəsində “qadınlar idmanda” mövzusu da hər zaman maraq kəsb edir. Bu gün idmanda və həyatda böyük uğur qazanan qadınlar var. Onların keçdiyi həyat yolunun ekranlaşdırılması da maraqlı olardı. Bir sözlə, mövzular zəngindir. İnanıram ki, bundan sonra birlikdə səmərəli işlər həyata keçirə biləcəyik”.

Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov isə idman mövzulu filmlərin çəkilməsinin zəruriliyini bildirib. Qurum rəsmisi “Turan” Film Festivalının Laçın şəhərində keçiriləcəyini vurğulayıb. O, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan idmançılardan bəhs edən silsilə sənədli filmlərin ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.

Çıxışlar başa çatdıqdan sonra Çingiz Hüseynzadə və Orxan Sadıqov əməkdaşlıq memorandumu imzalayıblar.

Mərasimin sonunda xatirə şəkli çəkdirilib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

Facebookdan bizi izləməyi unutmayın.
X