"Real Madrid"in ulduzu Kriştiano Ronaldo "Golden Foot" 2013 mükafatına namizəd olan 10 insandan biri olub.
İdman24.az xəbər verir ki, ilk dəfə 2003-cü ildə verilən bu mükafat ən yaxşı 28 yaşdan yuxarı oyunçulara verilir.
Əvvəllər Roberto Karlos, Ronaldinyo, Totti kimi oyunçulara verilən "Golden Foot"u keçən mövsüm Zlatan İbrahimoviç qazanmışdı. Əgər Ronlado bu mükafatı qazanarsa, mükafatı ilk dəfə qazanmış portuqal oyunçu olacaq. Mükafata eyni zamanda Kasillas və İniesta da namizəddir.
İdman24.az