"Qəbələ" yay fasiləsində son yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, bölgə təmsilçisi I divizionda çıxış edən "Qaradağ Lökbatan"la qarşılaşıb.
Dorinel Muntyanunun başçılıq etdiyi komanda 2:1 hesablı qələbə qazanıb. Bununla da "Qəbələ" yay hazırlıq prosesini qələbə ilə başa vurub.
Fanat.az