"Qəbələ"nin Hollandiya toplanışı zamanı əsas heyətdən qovulan Dodo komandaya qaytarılmayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Dorinel Muntyanu braziliyalı futbolçunu bağışlamaq niyyətində deyil.
Rumın mütəxəssis komandanın aparıcı üzünü əvəzedici komandaya göndərib. Onun gələcək taleyi hələ bəlli deyil.
Qeyd edək ki, Dodo Hollandiyadakı toplanış zamanı axşam məşqinə içkili vəziyyətdə qatılıb. Məlum olub ki, o, gün ərzində ürəyi istəyən qədər içki içib. Bundan başqa, məşq zamanı hay-küy salıb özünü də idarə edə bilməyib. Bunu görən baş məşqçi Dorniel Muntyanu isə futbolçunu öncə məşqdən, sonra isə komandadan qovub.
Fanat.az