Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikov Türkiyənin I liqa təmsilçisi "Dənizlispor"la müqavilə imzalayıb. Bu barədə Fanat.az-a məlumatı futbolçunun özü verib.
Son mövsümü "Qəbələ"də keçirən Məlikov "Dənizlispor"la 1 illik müqaviləyə imza atıb.
Artıq "Dənizlispor"un rəsmi saytı da xəbəri təsdiqləyib. 1 illik müqavilə imzalayan Məlikov açıqlamasında yenidən bu kluba döndüyü üçün xoşbəxt oldğunu bildirib: "Bura mənim üçün evim kimidi. Geri döndüyüm üçün çox xoşbəxtəm. Bir çox klub məni istəyirdi. Amma sevdiyim və öyrəşdiyim "Dənizlispor"u seçdim. İnşallah, yeni mövsüm mənim və komandamın ili olar".
Fanat.az