"Araz Naxçıvan" 2014/15 mövsümü üçün sifariş ərizəsinə daha iki futbolçunun adını salıb. Fanat.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi 1 qapıçı, 1 hücumçu sifariş edib.
Belə ki, "Rəvan"dan ayrılıb Türkiyənin "Giresunspor" klubuna gedən, daha sonra müqaviləsini pozaraq vətənə dönən Kamal Bayramovla "Rəvan"dan ayrılan Elnur Abdulov sifariş olunub. Bayramov 85, Abdulov 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Araz Naxçıvan" bundan əvvəl 23 futbolçu sifariş etmişdi.
Fanat.az