12:20 08.08.2014 977

"Pişiyin ağzı ətə çatmayanda..."

İldırım Çax-Çax


Dünən "Neftçi" Gürcüstanda "Çixura"nı əzdi. Oyunun ilk 60 dəqiqəsində oyuna diqtə edən tərəf olan "ağ-qaralar" istədiklərinə artıq ilk yarıda nail oldular. Azərbaycan Kubokunun qalibinin ilk yarıda vurduğu 3 qol ümumi qələbəyə də bəs etdi, səfərdəki zəfərə də.


Yalnız son 30 dəqiqədə meydan sahibləri təzyiqi artırdılar və etiraf edək ki, təşəbbüsə tam yiyələndilər. Ancaq 30 dəqiqə ilə "play-off"a yüksəlmək mümkün deyil. 


Lakin məni maraqlandıran gürcü jurnalistin matçsonrası mətbuat konfransındakı atmacadı. "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevə "oyundan əvvəl komandanızın şou göstərəcəyini söyləmişdiniz. Lakin biz gürcülərin və afrikalıların ifasında şou izlədik", atmacasına təmsilçimizin çalışdırıcısı heç də özünə xas olmayan diplomatik cavab verib. Təcrübəli mütəxəssis kamerunlu Nforun het-trikinə eyham vuran KİV təmsilçisinə "komandanızın imkanı olsaydı, onlar da legioner alardı" cavabını verib. Nəyə görə heç vaxt heç nədən çəkinməyən Hacıyev belə edib? Cavab üzdədi. İyulun son günündə paytaxtımızda baş tutan görüşdə gürcülər əndrəbadi xəritə açaraq, aranı qızışdırdılar. Hacıyevin özünəməxsus tərzdə cavabı isə yenidən aranı qarışdıra bilərdi. Heç şübhəsiz ki, AFFA rəhbərliyi səviyyəsində məsələni siyasiləşdirməmək yönündə bütün lazımi təlimatlar verilmişdi. Eyni tapşırıqların gürcü tərəfinə də verildiyinə zərrə qadər şübhəm yoxdu. Ancaq azərbaycanlı jurnalistin fikir irəli sürməsinə heç kim embarqo qoymayıb...


Əslində Hacıyev də sətirarası gürcü həmkarımızı vurub. O, klub imkanlarını müqayisə edərək, faktiki olaraq ölkələrimizin rifahını, kimin kimdən asılı vəziyyətdə olmasına işarə vurub. "Arifə bir işarə də bəsdi", - deyiblər. Anladısa, deməli bu gürcü də Arif saymaq olar. Çətin anlaya, çünki anlamaq sərf etmir. O ki qaldı "afrikalıların şousu" məsələsinə, Nforun vurduğu 3-cü qolda daha böyük pay sahibi Araz Abdullayev oldu. Azərbaycanlı cinah yarımmüdafiəçisinin rəqibdən sıyrılaraq, etdiyi ötürməni xatırlayın. O, gözüyumulu ötürmə etmədi. Başını qaldırdı və kamerunlu forvardın harada mövqe tutduğunu görərək, topu zərgər dəqiqliyi ilə ona çatdırdı. Özü də tək Arazı qeyd etmək ədalətsizlik olardı. "Neftçi"nin sıralarında yer alan hər bir azərbaycanlı futbolçunun "play-off"a yüksəlməsində Nfor, Vobay, Bertuççi, Flavinyo və digər legionerlər qədər zəhməti var.


Sonluğu da bir məsəllə gətirmək istəyirəm. Gürcülər məğlub oldular. Özü də təsadüf nəticəsində yox. Rəqibini bütün komponentlərdə üstələyən "Neftçi" ədalətli olaraq növbəti mərhələyə yüksəldi. Həmin jurnalistin atmacası isə vəd etdiyim məsələ bənzəyir: "Pişiyin ağzı ətə çatmayanda deyir ki, iylənib".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

09:20

DÇ: Minifutbol üzrə Azərbaycan millisi növbəti matçına çıxacaq

09:00

MPL: Bu gün mövsümün son iki oyunu keçiriləcək -YENİLƏNİR

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X