"Neftçi" Topaz Premyer Liqasının I turunda "Araz Naxçıvan"ın qonağı olacaq. Fanat.az xəbər verir ki, bu tərəflər 13 ildən sonra çempionatda qarşılaşacaq. Naxçıvan və Bakı klubları sonuncu dəfə 2001-ci ilin 15 dekabrında üz-üzə gəlib.
Komandaların əvvəlki 4 duelində “Neftçi” məğlub olmayıb. 3 dəfə böyük hesabla uduzan Naxçıvan təmsilçisi rəqib qapısına qol da vura bilməyib. Muxtar Respublika klubu "Neftçi" ilə son dueldən 1 xalla ayrılıb - 0:0.
09.09.2000 | Araz (Naxçıvan) - Neftçi (Bakı) | 0:7 |
02.05.2001 | Neftçi (Bakı) - Araz (Naxçıvan) | 6:0 |
30.09.2001 | Neftçi (Bakı) - Araz (Naxçıvan) | 3:0 |
15.12.2001 | Araz (Naxçıvan) - Neftçi (Bakı) | 0:0 |
Fanat.az