Topaz Premyer Liqasında 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" növbəti transferini həyata keçirib. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi Azərbaycan əsilli futbolçu, son olaraq "Berliner Ak" klubunda çıxış etmiş Kiyan Sultanpuru heyətinə qatıb. 25 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanıb.
Karyerasına "Union Berlin" klubunun A2 (91 oyun, 54 qol) komandasında başlayan Sultanpur 2011-2013-cü illər ərzində Dortmund "Borussiya"sının A2 komandasının formasını geyinib. O, çıxdığı 22 görüşdə 3 qol vurub. 2013-cü ildə "Saarbrücken"dən "Berliner Ak"a transfer olunan Sultanpur son mövsümdə 27 qarşılaşmada 11 qola imza atıb.
Fanat.az