Dünən 2014/15 mövsümünün ilk turunun açılış qarşılaşmasında "Simurq" "Bakı"nın qonağı olmalı idi. Ancaq paytaxt təmsilçisi yeni mövsüm üçün lazımi sənədləri vaxtında PFL-ə təqdim etmədiyinə görə oyun təxirə salındı.
Bu səbəbdən Zaqatala təmsilçisi Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında I divizion təmsilçisi "Şuşa" ilə yoldaşlıq görüşü keçirməli olub. Oyun Zaqatala klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Simurq"un qollarını Draqan Çeran, Stepan Polyak və yeni transfer Marko Stanoyeviç vurub.
Bu qarşılaşmadan sonra baş məşqçi Georgi Çixradze yetirmələrinə birgünlük istirahət verib. Avqustun 11-dən isə doğma arenada II turun hazırlıqlarına start veriləcək.
Fanat.az