"Biz "Bakı"ya vaxt vermişik". Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
PFL dünən 2014/15 mövsümünün açılış matçını - "Bakı" - "Simurq" oyununu təxirə saldı. Buna səbəb isə paytaxt klubunun lazım olan sənədləri vaxtında təqdim etməməsidi. "Bakı" sənədləşmə işlərini avqustun 15-dək yekunlaşdırmasa, çempionatdan kənarlaşdırılacaq.
Musayev bildirib ki, "Bakı"nı Premyer Liqada I divizion klublarından biri əvəzləyə bilər: "Avqustun 15-dək sənədləri qaydasına salmasalar, onları Premyer Liqada I diviziondan gəlmək istəyən bir komanda əvəzləyəcək".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol