Əvəzedici heyətlər arasında Azərbaycan çempionatına start verilib. Fanat.az xəbər verir ki, avqustun 8-9-da I turun 4 oyunu keçirilib. "Bakı" - "Simurq" oyunu isə meydan sahiblərinin sənədləşmə işlərini yekunlaşdırmaması səbəbindən təxirə salınıb.
Bu üzdən ilk oyun günündə bir matç baş tutub. AZAL "Xəzər Lənkəran"ı qəbul edib və 1:0 hesablı qələbə qazanıb. Mövsümün ilk qolunu Ruslan Getman vurub.
İkinci oyun günündə 3 oyun keçirilib. 2013/14 mövsümünün çempionu "İnter" gümüş mükafatçı "Qəbələ"ni 4:0 hesabı ilə darmadağın edib. Bu oyunda dubl edən Mirsahib Abbasov həm də mövsümün ilk penalti qolunun müəllifi olub. O, 76-cı dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
"Neftçi" debütant "Araz Naxçıvan"ın qonağı olub. Şərurda baş tutan matç 1:1 hesabı ilə başa çatıb. "Qarabağ" isə səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə yenib.
Əvəzedici heyətlər
2014/15 mövsümü
I dövrə, I tur
8 avqust
AZAL - Xəzər Lənkəran 1:0
Qol: Ruslan Getman, 88.
9 avqust
İnter - Qəbələ 4:0
Qollar: Mirsahib Abbasov, 23; 76-pen. İlkin Sadiqov, 29. Vüsal Nağıyev, 79.
Araz Naxçıvan - Neftçi 1:1
Qollar: Zaman Abbaslı, 89 - Kamal Qurbanov, 13.
Sumqayıt - Qarabağ 1:3
Qollar: İlkin Qasımzadə, 38 - Ruslan Hacıyev, 48. Elmin Namazov, 56. Fuad Məmmədzadə, 70.
1 | İnter | 1 | 1 | 0 | 0 | 4:0 | 3 |
2 | Qarabağ | 1 | 1 | 0 | 0 | 3:1 | 3 |
3 | AZAL | 1 | 1 | 0 | 0 | 1:0 | 3 |
4 | Neftçi | 1 | 0 | 1 | 0 | 1:1 | 1 |
5 | Araz N | 1 | 0 | 1 | 0 | 1:1 | 1 |
6 | Xəzər L | 1 | 0 | 0 | 1 | 0:1 | 0 |
7 | Sumqayıt | 1 | 0 | 0 | 1 | 1:3 | 0 |
8 | Qəbələ | 1 | 0 | 0 | 1 | 0:4 | 0 |
9 | Simurq | 0 | 0 | 0 | 0 | 0:0 | 0 |
10 | Bakı | 0 | 0 | 0 | 1 | 0:0 | 0 |
Fanat.az