"Yeni mövsümün başlaması münasibəti ilə hamını təbrik edirəm, bütün komandalara uğurlar arzulayıram". Fanat.az xəbər verir ki, bu sözləri "Sumqayıt"la oyundan (3:0) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi qarşılaşma ilə bağlı fikirlərini bildirib: "Oyun pis alınmadı, ikinci hissənin ortalarında sürət aşağı düşdü. Amma oyunun ümumi tempi yüksək oldu. Çox sıx oyun qrafikimiz var. 3 gündənbir oyunumuz olduğu üçün bəzi futbolçulara istirahət şansı verdim. İkinci hissədə oyuna daxil olan futbolçular pis təsir bağışlamadılar. Maraqlı oyun alındı, “Sumqayıt”a uğurlar arzulayıram".
Qurbanov Superkubok matçının təxirə salınmasını istəyir: "Superkubokun təxirə salınmasını istəyərdim, bu, həm bizim üçün, həm də "Neftçi" üçün daha yaxşı olardı. Gərək hər iki komanda razılıq versin. Futbolçular zədələnə bilər, isti havada daha çox yüklənəcəklər".
Fanat.az