"Mövsümə qələbə ilə başlamaq istəyirdik. Təəssüf ki, bütün komandanın bu gün oyunu alınmadı. Uğursuz çıxış etdik". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"lə oyundan (0:4) "Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu deyib.
Rumın məşqçi "İnter"in oyununu da qeyd edib: "Təbii ki, "İnter"in də uğurlu oyununu qeyd etməliyəm. Artıq növbəti oyunu düşünəcəyik, qarşıdakı oyuna hazırlaşacağıq. Komandamızın daha yaxşı oyun göstərəcəyinə inanırıq. Məğlubiyyətə baxmayaraq, komandaya inamımız var".
Fanat.az