"Çempionatın başlaması münasibəti ilə hamını təbrik edirəm. Ötən mövsüm olduğu kimi, bu il də maraqlı keçəcəyinə inanıram". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə oyundan (4:0) sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Gürcü mütəxəssis "Qəbələ"dən daha yaxşı oynadıqlarını bildirib: "Avroliqada oynadığımız 4 oyun öz sözünü dedi. Futbolçuların bir-biri ilə anlaşması rəqibdən daha yaxşı idi. Oyuna yaxşı nəzarət edirdik. İlk hissənin son 7 dəqiqəsində isə tələsirdik. Hücuma keçib qol vurmaq istəyirdik. İkinci hissənin də ilk 5 dəqiqəsində xaotik oynayırdıq. Futbolçulara gözəl oyuna görə minnətdaram. Gözəl oyun və yaxşı nəticədən məmnunam. Eyforiyaya qapılmaq lazım deyil. Bu qələbəni unudub, qarşıdakı oyunlara baxmalıyıq".
Fanat.az