Aprelin 30-da stolüstü tennis üzrə ölkə birinciliyinə start götürəcək.
Fanat.Az Azərbaycan Stolüstü Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Şüa" idman kompleksində keçiriləcək yarışda U-19 və U-15 yaş qruplarında idmançılar qatılacaqlar.
Azərbaycan birinciliyinin qalib və mükafatçıları mayın 3-də müəyyənləşəcək.