Topaz Premyer Liqasında 2014/15 mövsümünə start verilib. Fanat.az xəbər verir ki, ilk turun 4 oyununu 10180 nəfər canlı izləyib. Bu hər matça orta hesabla 2545 nəfər deməkdi.
Ən çox azarkeş Naxçıvan Muxtar Respublika stadionuna toplaşıb. Burda keçirilən "Araz Naxçıvan" - "Neftçi" matçına 7500 nəfər stadiondan baxıb. AZAL - "Xəzər Lənkəran" oyununa isə 500 nəfər maraq göstərib.
Araz Naxçıvan - Neftçi (7500 tamaşaçı)
Sumqayıt - Qarabağ (1380 tamaşaçı)
İnter - Qəbələ (1000 tamaşaçı)
AZAL - Xəzər Lənkəran (500 tamaşaçı)
Fanat.az