Topaz Premyer Liqasının 2013/14 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu məşqlərini davam etdirir. Aqil Məmmədovun rəhbərliyi altında komanda Sumqayıt İdman Mərkəzində gündə iki dəfə olmaqla məşqə çıxır. Heyətdə yer alan futbolçulardan yalnız Mirzağa Hüseynpur fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, "Sumqayıt" iyulun 10-da "Neftçala" ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 19:00-da Sumqayıt İdman Mərkəzində baş tutacaq.
İdman24.az