Azərbaycanın aerobika gimnastları Fransanın Tuluza şəhərində keçirilən beynəlxalq turnirdə medallar qazanıblar.
Fanat.Az xəbər verir ki, informasiyanı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti yayıb.
Qarışıq cütlərin proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.800 xal toplayaraq qızıl medala yiyələniblər.
Böyüklərdən ibarət qrup - Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə Qurbanova və Xədicə Quliyeva 15.118 xalla ikinci yeri tutaraq gümüş medala sahib çıxıblar.
Gənclər kateqoriyasında çıxış edən üçlük - Evelina Kozlovskaya, Fidan İbrahimova və Leyla Əhmədova 16.250 xalla bürünc medal əldə ediblər.
Böyüklərdən ibarət üçlük - Dilarə Qurbanova, Leyla Bejanova və Arzu Ağayeva isə 17.413 xalla turnirin bürünc mükafatçısı olublar.