Premyer Liqanın II turunda “Sumqayıt”ı qonaq edəcək “Xəzər Lənkəran” doğma arenada hazırlığa start verib. Fanat.az xəbər verir ki, dünəndən başlayaraq Lənkərandakı bazasında məşqlərini davam etdirən komanda bu gun və sabah məşqlərini keçirdikdən sonra matç saatını gözləyəcək.
Yeni mövsümdə ilk dəfə azarkeşlərinin qarşısına çıxacaq “Xəzər Lənkəran”ın ilk ev matçı saat 20.00-da start götürəcək. Qarşılaşma “Xəzər Lənkəran” TV vasitəsilə canlı yayımlanacaq.
Fanat.az